19 yanvar 2011 16:42
A Seriyası klubu baş məşqçisini qovdu
İtaliya A Seriyasında çıxış edən daha bir klub baş məşqçisiylə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, `Catania` rəhbərliyi komandanın uğursuz çıxışlarına son qoymaq üçün Marko Campaolonu postundan uzaqlaşdırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Campaolo bu klubun sükanı arxasına 8 ay öncə gətirilmişdi. Lakin o, Siciliya təmsilçisində heç də arzulanan nəticələr qazana bilməyib və hazırda komanda A Seriyasında 15-ci pillədə gedir. İndi `Catania` rəhbərliyi 43 yaşlı sabiq çalışdırıcısına əvəzləyici axtarır və bunun kim olacağı hələlik dəqiq deyil.
