19 yanvar 2011 17:34
Kaxaber Sxadadze: Biz qələbə qazanmağa borclu idik
`İnter`in baş məşqçisi Kaxaber Sxadadze Ermənistanın `Mika` klubu üzərindəki qələbəylə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionunun çalışdırıcısı 4:0 hesablı qələbədən sonra bunları söyləyib:
“Biz bu oyunda qələbə qazanmağa borclu idik. Ona görə də oyuna xüsusi hazırlaşmışdıq. İlk qoldan sonra artıq öz oyunumuzu tapdıq”.
Ermənistan klubunun çalışdırıcısı Armen Şahgeldyan isə darmadağın olmalarını belə şərh edib: “Fiziki planda biz daha zəif idik. İşləmək lazımdı. Bu gün bütün komanda uduzdu, eləcə də mən. Bu futboldu, hər şeyə olur”.
