19 yanvar 2011 17:53
`Srvena Zvezda`nın qapıçısı `Qarabağ`da (FOTO)
`Qarabağ` Antalyada təlim-məşq toplanışının 11-ci gününə qədəm qoyub. Azerisport.az xəbər verir ki, komanda hazırlıqlarını həmişəki qaydada davam etdirdiyi halda, düşərgəyə daha bir futbolçu qatılıb.
Daha dəqiq desək, yeni qolkiper Qurban Qurbanovun komandasında baxışdan keçəcək. Bojan Pavloviç serbiyalıdı. 24 yaşlı qapıçı Serbiyanın ən ünlü komandası `Srvena Zvezda`nın üzvüdü. 186 sm boya mailk qapıçı haqqında yaxın günlərdə qərar veriləcək.
