19 yanvar 2011 18:36
Rövnəq Abdullayev Zepp Blatterlə görüşəcək
Yanvarın 22-də Sankt-Peterburqda AFFA prezidenti Rövnəq Abdullayevlə FİFA prezidenti Zepp Blatter arasında görüş keçiriləcək. Azerisport.az futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan futbolunun inkişafına dair fikir mübadiləsi aparılacaq, həmçinin sözügedən strukturlar arasında əməkdaşlıq müzakirə olunacaq.
