19 yanvar 2011 18:43
Ermənilərlə oyunun ən yaxşısı müəyyənləşdi
“Birlik Kuboku”nun 1/4 final mərhələsinin `İnter` (Azərbaycan) - `Mika` (Ermənistan) oyununun ən yaxşı futbolçuları müəyyənləşib. Azerisport.az xəbər verir ki, turnirin təşkilatçıları bu dəfə son Azərbaycan çempionunun heyətində Girts Karlsonsu fərqləndiriblər.
Qeyd edək ki, komandamızın 4:0 hesablı tarixi qələbəsində Karlsons dubla imza atmışdı. Ermənilərin heyətində Poqosyan fərqləndirilib.
