19 yanvar 2011 18:53
Rövnəq Abdullayev də `İnter`in uğuruna münasibət bildirdi
AFFA prezidenti Rövnəq Abdullayev Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Birlik Kuboku”nda `İnter`in uğurlu çıxışı barədə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, futbol qurumunun rəhbəri bunları söyləyib:
“Ötən mövsüm Azərbaycan çempionu olmuş `İnter`in “Birlik Kuboku”ndakı uğurlu çıxışı hər birimizi sevindirir. Turnirdəki təmsilçimizin indiyə qədər keçirdiyi bütün qarşılaşmaları qələbə ilə başa vurması, 4 oyunda qapısından qol buraxmaması sevindirici haldı. `İnter`in yarımfinala yüksəlməsi münasibətilə klubun bütün kollektivini, Azərbaycan futbol ictimaiyyətini və azarkeşləri təbrik edir, `İnter`ə daha böyük uğurlar arzulayıram”.
Qeyd edək ki, `İnter` “Birlik Kuboku”nun qrup mərhələsində Qırğızıstanın `Neftçi` (3:0), Taciktistanın `İstiqlal` (3:0), Moldovanın `İskra-Stal` (1:0), 1/4 final mərhələsində isə Ermənistanın `Mika` klubunu (4:0) məğlubiyyətə uğradıb.
