19 yanvar 2011 19:08
Azarkeşlər XL-dan transfer sürprizləri gözləyir
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Qışda ən böyük transfer sürprizlərini hansı klubdan gözləyirsiz”? sualıyla müraciət etdiyimiz oxucularımız daha çox `Xəzər Lənkəran`dan belə transferlər gözləyirlər. Təsadüfi deyil ki, sorğuya qatılanların 50 faizi məhz cənub təmsilçisindən sürpriz gözlədiyini bildirib.
Bu mənada ikinci yerdə isə `Neftçi` gedir. Məsələ burasındadı ki, sorğuda iştirak edən futbol azarkeşlərimizdən 31 faizi də məhz paytaxt klubundan sürpriz transferlər gözləyir. Digər klublardan transfer bombaları gözləyən isə, demək olar ki, yoxdu.
