19 yanvar 2011 19:22

`İnter`in “Birlik Kuboku”ndan da əhəmiyyətli qələbəsi

“Birlik Kuboku” turnirindəki təmsilçimiz – son Azərbaycan çempionu `İnter` artıq ilk pley-off matçını da keçirdi. Azerisport.az xəbər verir ki, qrupdakı bütün matçlarında qol buraxmadan qalib gələn “bankirlər” üçün bu qarşılaşma da əslində, çox ciddi xarakter daşımaya bilərdi. Təbii ki, rəqib bizlər üçün düşmən ölkə olan Ermənistan təmsilçisi `Mika` olmasaydı.
 
Məhz bu üzdən bütün dünya azərbaycanlılarının diqqəti Sankt-Peterburqa yönəlmişdi. Hər kəs Azərbaycan çempionundan mütləq zəfər gözləyirdi. Əslində bu zəfər öncədən də gözlənilən idi. Çünki Ermənistanın digər aparıcı klublarının imtinası səbəbindən bu yarışa qatılan ölkə çempionatının 4-cü komandası nə heyətinə, nə də gücünə görə `İnter`lə müqayisə oluna bilməzdi. Hələ onların sürpriz şəkildə pley-offa düşdüyünü demirik.
 
Lakin hər halda öncədən müəyyən qorxu hisslərinin olması da qaçılmaz idi. Axı ardıcıl oyunlardan sonra komandada yorğunluq və digər amillər də özünü göstərə bilərdi. Məsələn, elə `Mika`nın sırf erməni futbolçulardan təşkil olunduğu halda, komandamızın heyətinin tamamilə legionerlərdən qurulması. Bu mənada Kaxaber Sxadadzenin yetirmələrinin bu qarşılaşmanın əsl əhəmiyyətini anlamamasından ehtiyatlananlar da az deyildi. Hansı ki, komandamızın start heyətində cəmi bir yerli futbolçu var idi ki, bu da, müdafiəçi Arif Daşdəmirov idi.
 
Amma vaxtilə `Neftçi`nin heyətində `Pünik`ə dərs keçmiş və bu məsuliyyəti az-çox dərk edən Valeri Abramidze və Dmitri Kruqlov, həmçinin millimizin də şərəfini qoruyan Aleksandr Çertoqanovun məhz `İnter`də çıxış etməsi müəyyən təskinlik yaradırdı. Əslində məhz millimizin şərəfini qoruyan digər milliləşən legioner Vladimir Levinin əsasını qoyduğu darmadağında məhz həmin oyunçulardan biri Kruqlovun da xidməti olmasına rəğmən, əsas qəhrəman dubla imza atan Girts Karlsons oldu. Məhz onun vurduğu iki qol `Mika` üzərindəki parlaq zəfərimizə damğasını vurdu. Elə bu görüşün ən yaxşısı seçilməsi də təsadüfi deyildi.
 
İndi `İnter`i “Birlik Kuboku”nu qazanmaqdan cəmi iki oyun ayırır. Sabah turnirdə fasilə olsa da, yanvarın 21-də təmsilçimiz yarımfinal matçına çıxacaq. Hansı ki, `İnter` ikinci 1/4 final matçında Finlandiyanın HİK klubuna qalib gələn `Zenit` lə münasibətlərinə aydınlıq gətirəcək. Lakin bu rəqibin heç də əsas heyətlə yox, gənclərdən ibarət komandayla mübarizə apardığını nəzərə alsaq, çempionumuzun bu görüşdə də qələbə qazanmaq şansı yüksəkdi.
 
Amma hətta qələbə qazanmasa, çıxışını yarımfinalda da dayandırsa belə, `İnter`in “Birlik Kuboku”ndan da vacib kuboka sahib çıxdığını əminliklə deyə bilərik. Düzdü, final oynayıb, qalib adını qazanmaq da əla olardı. Ancaq yəqin hamınız razılaşarsız ki, `Mika` üzərindəki qələbədən sonra heç kim `İnter`i uğursuz çıxışa görə tənqid etmək istəməyəcək.
 
Birlik kuboku
1/4 final
19 yanvar
 
İNTER (Azərbaycan) - MİKA (Ermənistan) - 4:0
Qollar: Levin, 30 (1:0), Karlsons, 35 (2:0), Kruqlov, 51 (3:0), Karlsons, 60 (4:0).
 
İNTER: Lomaya (Ağayev, 79), Abramidze, Daşdəmirov, Levin, Kandelaki, Çertoqanov (Mjavanadze, 69), Çervenka (Assioli, 75), Zlatinov (Rəhimov, 63), Kruqlov (Genov, 75), Obikadze (Əmiraslanov, 63), Karlsons (Sxadadze, 72).
MİKA: Kasparov, Poqosyan, Tadevosyan, Mikoyan (Minasyan, 44), Aleks (Şahgeldyan, 82), Mkrtçyan, Voskanyan, Elney (Petrosyan, 37), Mandrıçenko, Demel (İşxanyan, 63), Beqeryan.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.