19 yanvar 2011 22:03
UEFA 2010-cu ilin simvolik yığmasını açıqladı (FOTO)
İspaniyanın `Barcelona` klubunun 6 futbolçusu 2010-cu ilin yekunlarına əsasən UEFA-nın tərtib etdiyi simvolik yığmaya düşüb. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq hər il tərtib olunan siyahıya bu dəfə “Barsa”dan müdafiəçilər Xerard Pike və Karles Puyol, yarımmüdafiəçilər Xavi və Andres İnyesta, hücumçular Lionel Messi və David Vilya salınıb.
Qalan 5 oyunçuya gəldikdə, İtaliya `İnter`ini müdafiəçi Maykon və yarımmüdafiəçi Uesli Sneyder, İspaniya `Real`ını qapıçı İker Kasilyas və yarımmüdafiəçi Kristiano Ronaldo, İngiltərənin `Chelsea` komandasını isə müdafiəçi Eşli Koul təmsil edir. Simvolik yığmanın baş məşqçisi isə ötən mövsüm `İnter`lə Çempionlar Liqasını qazanan, sonra da `Real`a rəhbərlik edən Joze Mourinyodu.
Qeyd edək ki, bu simvolik yığma UEFA-nın rəsmi saytında bütün dünya futbolsevərlərinin iştirakı ilə müəyyənləşib.
