19 yanvar 2011 23:05
İnter üçün Zenit, Skonto üçün Şaxtyor (YENİLƏNİB)
Bu gün `Birlik Kuboku”nun 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu `İnter`in Ermənistan `Mika`sıyla görüşündən sonra ən güclü 8 komanda sırasına düşən digər kollektivlər də münasibətlərinə aydınlıq gətiriblər.
Cütlükləri qələbə ilə başa vuran `İnter`, `Zenit`, `Skonto` və `Şaxtyor` yarımfinala yüksəlib. Maraq üçün əlavə edək ki, yanvarın 21-də keçiriləcək yarımfinal oyunlarında birinci və sonuncu cütlüklər qarşılaşacaq. Bir sözlə `İnter` finala çıxmaq üçün `Zenit`, `Skonto` isə `Şaxtyor`la mübarizə aparmalı olacaq.
Birlik Kuboku
1/4 final
19 yanvar
İNTER (Azərbaycan) - MİKA (Ermənistan) - 4:0
HİK (Finlandiya) - ZENİT (Rusiya) - 1:2
SKONTO (Latviya) - İSTİQLAL (Tacikistan) - 2:0
ŞAXTYOR (BELARUS) - DİNAMO (Kiyev, Ukrayna) - 2:1
