19 yanvar 2011 16:50
İnterdən ermənilərə dörd sillə! (YENİLƏNİB)
Bu gün `Birlik Kuboku”nun 1/4 final mərhələsində bütün Azərbaycan üçün kifayət qədər böyük əhəmiyyət kəsb edən qarşılaşma baş tutdu. Azerisport.az xəbər verir ki, Sankt-Peterburqda təşkil olunan turnirin 1/4 final mərhələsinin açılış matçında son Azərbaycan çempionu `İnter` Ermənistan təmsilçisi `Mika` ilə qarşılaşdı.
Maraq üçün xatırladaq ki, yanvarın 15-dən start götürən turnirin açılışını da məhz `İnter` etmişdi. Həmin gün təmsilçimiz Qırğızıstan `Neftçi` klubuyla üz-üzə gəlmiş və 3 cavabsız qolla qalib gəlmişdi. Ardından Tacikistan `İstiqlal`ı üzərində də 3:0 hesablı qələbəyə sevinən paytaxt klubu qrupdakı son matçında da Moldova `İskra-Stal`ına qalib gəlməklə, vahid lider kimi pley-offa adlamışdı.
Lakin qismətdən məhz 1/4 finalda Azərbaycan çempionu üçün “Birlik Kuboku”nun finalından da vacib olan bir qarşılaşmaya şahidlik etməli olduq. Yaxşı ki, təmsilçimiz bu qarşılaşmada bütün Azərbaycanı sevincə qərq edən oyun sərgiləməklə hamımızı sevindirdi. Yəqin ki, ermənilərə 4 cavabsız sillə hər kəsin ürəyincə oldu.
Xatırladaq ki, bu, Azərbaycan çempionlarının “Birlik Kuboku”nda ermənilərlə 3-cü görüşü idi. 2005 və 2006-cı illərdə `Neftçi` də `Pünik`lə qarşılaşmışdı. Bakılılar əvvəl 2:0 hesabı ilə qalib gəlsələr də, 5 il əvvəlki dueldə irəvanlılar yarışın keçirildiyi Moskvadan qaçmışdılar. Həmin vaxt texniki qələbəyə sevinən `Neftçi` sonda kubokun sahibi olmuşdu. Xoşbəxlikdən bu dəfə də sevinən tərəf məhz biz olduq.
Birlik kuboku
1/4 final
19 yanvar
İNTER (Azərbaycan) - MİKA (Ermənistan) - 4:0
Qollar: Levin, 30 (1:0), Karlsons, 35 (2:0), Kruqlov, 51 (3:0), Karlsons, 60 (4:0).
İNTER: Lomaya (Ağayev, 79), Abramidze, Daşdəmirov, Levin, Kandelaki, Çertoqanov (Mjavanadze, 69), Çervenka (Assioli, 75), Zlatinov (Rəhimov, 63), Kruqlov (Genov, 75), Obikadze (Əmiraslanov, 63), Karlsons (Sxadadze, 72).
MİKA: Kasparov, Poqosyan, Tadevosyan, Mikoyan (Minasyan, 44), Aleks (Şahgeldyan, 82), Mkrtçyan, Voskanyan, Elney (Petrosyan, 37), Mandrıçenko, Demel (İşxanyan, 63), Beqeryan.
Oyun başladı. Uğurlar `İnter`, uğurlar Azərbaycan!
2. İlk dəqiqələrdən `İnter` hücumdadı
3. Çervenkanın uzaqdan zərbəsi yan keçir
4. `İnter` rəqibini topsuz qoymağa çalışır
5. Çox əlverişli vəziyyət olsa da, komandamız bundan yararlana bilmir
8. `İnter`in fəallığı hiss olunsa da, rəqib müdafiəçilər və qapıçılar hələ ki, təzyiqlərə dözə bilirlər
9. `Mika`nın qapısı önünə asma...ancaq bəhrəsizdi
12. Komandamız sürətli reydlər və qısa ötürmələrlə rəqib müdafiəsini çaş-baş salsa da, son nöqtəni qoymaq mümkün olmur
13. Karlsonsun baş zərbəsini rəqib qapıçı tuta bilir
15. Ermənilərin ilk hücumu... Demelin uzaqdan zərbəsi üstdən keçir
17. Elneyin uzaqdan zərbəsini isə Lomaya çətinlik çəkmədən tutur
20. Ermənilər künc zərbəsi vurur. Ancaq istəklərinə çata bilmirlər
22. Kruqlovdan qapı ağzına ideal ötürməni Karlsonsun dəyərləndirməsinə imkan vermirlər. Hakim isə onun yerə yıxılmasında heç bir qayda pozuntusunun olmadığını bildirir
24. Zlatinov üçün daha bir əla şans olsa da, zərbəsi azca yan keçir
26. Küncdən ötürülən zərbəni yenə Zlatinov qapıya yönləndirsə də, Kasparov yerindədi
27. Ermənilərin təhlükəli hücumu..Elneyin zərbəsini son anda Levin başla kornerə çıxarır
30. QOOOOOOOL....Levin künc zərbəsindən sonra erməniləri cəzalandırdı - 1:0
34. Qoldan sonra komandamızın yenə təhlükəli hücumları davam edir
35. 2-ci QOOOOOOOOOOOOL....Karlsons super qola imza atır - 2:0
37. Elneyi Petrosyan əvəzləyir
40. Ermənilər hücum qurmağa çalışsa da, müdafiəçilərimiz imkan vermir
43. Oyunda nisbətən sakit dəqiqələr keçir
44. Mikoyanı Minosyan əvəzləyir
Birinci hissə 2:0 hesablı üstünlüyümüzlə başa çatır
İkinci hissə başladı. Ümid edək ki, fasilədən sonra da hər şey bizim üçün uğurlu alınacaq və mənfur düşmən üzərində növbəti parlaq zəfərə sevinəcəyik
47. `İnter` ikinci hissəyə də hücumlarla başlayıb
49. Komandamız rəqibi təzyiqdə saxlayır
51. QOOOOOL. Bu dəfə Kruqlov rəqib müdafiəçini və qapıçını məğlub edib, topu tora qovuşdurur – 3:0
54. Növbəti qolu vurmaq üçün inanılmaz vəziyyət...Üç oyunçumuz qapıçıyla üz-üzə olduğu halda Obikadze qapıya zərbə endirir. Lakin qapıçı zərbəni qaytarır. Karlsonsun təkrar zərbə cəhdinə isə müdafiəçi mane olur.
59. Komandamızın daha bir təhlükəli hücumu. Rəqib müdafiəçilər son anda topu kornerə çıxara bilir
60. QOOOOOL. Komandamız erməniləri darmadağın edir. Karlsons daha bir qola imza atır – 4:0.
63. Demeli İşxanyan əvəzləyir
49. Komandamız rəqibi təzyiqdə saxlayır
51. QOOOOOL. Bu dəfə Kruqlov rəqib müdafiəçini və qapıçını məğlub edib, topu tora qovuşdurur – 3:0
54. Növbəti qolu vurmaq üçün inanılmaz vəziyyət...Üç oyunçumuz qapıçıyla üz-üzə olduğu halda Obikadze qapıya zərbə endirir. Lakin qapıçı zərbəni qaytarır. Karlsonsun təkrar zərbə cəhdinə isə müdafiəçi mane olur.
59. Komandamızın daha bir təhlükəli hücumu. Rəqib müdafiəçilər son anda topu kornerə çıxara bilir
60. QOOOOOL. Komandamız erməniləri darmadağın edir. Karlsons daha bir qola imza atır – 4:0.
63. Demeli İşxanyan əvəzləyir
64. Obikadzeni Rövşən Əmiraslanov, Zlatinovu Şəhriyar Rəhimov əvəzləyir
67. Komandamız daha çox top saxlamağa çalışır
69. Çertoqanovu Mjavanadze əvəzlədi
72. Günün qəhrəmanını – Karlsonsu Sxadadze əvəzləyir
67. Komandamız daha çox top saxlamağa çalışır
69. Çertoqanovu Mjavanadze əvəzlədi
72. Günün qəhrəmanını – Karlsonsu Sxadadze əvəzləyir
75. Çervenka beşinci qolu vurmağa yaxın olsa da, bəxtimiz gətirmədi
75. Beqaryanı Nazaryan əvəzləyir
77. Komandamızın heyətində daha iki əvəzləmə. Çervenkanı Assioli, Kruqlovu Genov əvəzləyir
79. Lomayanı Səlahət Ağayev əvəzləyir
81. Artıq hər iki komanda matçın başa çatmasını gözləyir və qol vurmağa ciddi səy göstərmirlər
82. Aleksi Şahgeldyan əvəzləyir
87. Rəqibin uzaqdan zərbəsi qapıdan xeyli yan keçir
90. Ermənilərin növbəti uzaqdan zərbəsini Ağayev asanlıqla tutur
VƏ TARİXİ QƏLƏBƏ!!!!! Matç başa çatdı. `İnter` erməniləri daş-qalaq etdi!
