19 yanvar 2011 23:26
Turan Almaniyanın üçüncü liqa klubuna uduzdu
Antalyada hazırlıqlarını davam etdirən `Turan` da bu gün ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, məskunlaşdığı otelin meydançasında Almaniyanın üçüncü liqa klubu `MSV Pampov` klubuyla qarşılaşan təmsilçimiz məğlub olub.
20-ci dəqiqədə qapısında qol görən Tovuz klubu görüş ərzində bir neçə yüzfaizli qol imkanları yaxalasa da, həmin şanslardan dəyərlənən tapılmayıb.
Baş məşqçi Naci Şensoy komandasını meydana aşağıdakı start heyəti ilə çıxarıb: Kamal Bayramov, Məhərrəm Müslümzadə, Hüseyn İsgəndərov, Oleq Qvelesiani, Rəşad Orucov, Orxan İsmayılov, Cavid Tağıyav, Georgi Çediya, Rəşid Həsənov, Georgi Beriaşvili, Vurğun Hüseynov.
Sonradan meydana çıxanlar: Şamil Saidov, Yasin Abbasov, Ruslan Namazov, Akif Tağıyev, Xəyal Qarayev, Qalib Əmrahov, Azər Məmmədov, Viktor Qonta, Fərmayıl Əliyev.
