19 yanvar 2011 11:28

İlqar Qurbanov: `Fenerbahçe`ni Dauma görə tərk etdim

`Qarabağ`ın qış transfer pəncərəsində heyətinə qatdığı ilk futbolçu – İlqar Qurbanov azerisport.az və “Zerkalo”ya müsahibə verib.
 
- Sizin `Qarabağ`a keçməkdən başqa hansısa variantınız yox idi?
- Hətta olsaydı da, `Qarabağ` mənim üçün indiki halda ən ideal variant idi. Tez-tez klub dəyişdirdiyimdən, hamı elə hesab edir ki, İlqar Qurbanov baş məşqçiləri ilə dil tapa bilmir. Ağdam klubundakı işimlə hər şeyin əksini sübut edəcəm.
 
- Deməli, siz hesab edirsiz ki, klubları tez-tez dəyişməyinizdə heç də özünüz günahkar deyilsiz?
- Öz günahlarımı üzərimdən götürmərəm. Gəncliyimdə mənim də müəyyən səhvlərim olub. Ancaq bütün günahların məndə olduğunu iddia etmək də düzgün deyil.
 
- Bu fakt sizə psixoloji cəhətdən pis təsir etmirmi?
- Dəqiq deyirəm ki, bütün bu usandırıcı məqamlar artıq geridə qalıb.
 
- `Qarabağ`a keçidinizi özünüz üçün karyeranızda həlledici məqam hesab etmirsiz?
- Ola bilər ki, kimlərsə belə düşünür, amma mən yox. Mənim hələ elə yaşım yoxdu ki, nəsə sərhəd qoyum, şansdan danışım. Bilirsiz ki, çıxış etdiyim komandalarda heç də bacardığım futbolu tam şəkildə göstərə bilməmişəm.
 
- Hesab etmirsiz ki, karyeranızda dönüş anı məhz o vaxt `Fenerbahçe`ni tərk etmək oldu?
- Çoxları hesab edir ki, mən o dövrdə İstanbul klubunu tərk etməli deyildim. Ancaq mən onda baş məşqçi Kristof Daumun istəyi ilə komandadan göndərildim. Artıq əvəzedici heyətdə də oynaya bilməzdim, çünki əsas komandaya keçmişdim. Odu ki, mənim hansısa başqa variantım yox idi.
 
- Niyə yarım illik müqavilə bağlamısız?
- Danışıqlar zamanı belə qərara aldıq ki, mövsümü bitirək, ondan sonra şərtləri yenidən müzakirə edərik. Hazırda mənim üçün sadəcə oynamaq vacib idi.
 
- Rəqabət sizi qorxutmur? `Qarabağ`da gənc oyunçular az deyil və digər tərəfdən yeni legionerlər də alınır...
- Mənə işləmək və özümü göstərmək gərəkdi. Qurban Qurbanovun mənə şans verəcəyinə də inanıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.