19 yanvar 2011 11:35
Təşkilatçılar `İnter` - `Mika` oyununda təhlükəsizliyi gücləndirir
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan “Birlik Kuboku”nun təşkilatçıları təhlükəsizliyi gülcəndirmək məcburiyyətində qalıb. Azerisport.az xəbər verir ki, bu gün keçiriləcək ¼ final mərhələsinin görüşləri içində `İnter` (Azərbaycan) - `Mika` (Ermənistan) görüşü kifayət qədər prinsipial xarakter daşıyır.
Məhz bu üzdən həm azəbaycanlı, həm də erməni tərəfdarların “Peterburq” Kompleksini dolduracağını nəzərə alan təşkilat komitəsi bu oyun ərəfəsində əlavə polis qüvvələrini yardıma çağırıb.
