19 yanvar 2011 21:55

Neftçi yeni ildəki ilk matçında qələbə qazana bilmədi (YENİLƏNİB)

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının `Neftçi` klubu bu gün yeni ildə ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Premyer Liqamızın liderinin 2011-ci ildəki ilk rəqibi Rusiyanın `SKA-Energiya` komandası olub.
 
Ancaq paytaxt klubu aşağı divizion klubuyla mübarizədən qalib ayrıla bilməyib - 1:1. Qeyd edək ki, `Neftçi` əslində bu gün Rusiyanın `Rubin` komandası ilə qarşılaşmalı idi. Lakin məlum səbəblərə görə, paytaxt klubu bu klubla qarşılaşmaqdan imtina etdi və Rusiyanın digər klubu ilə razılığa gəldi.
 
Yoldaşlıq oyunu
19 yanvar
Neftçi - SKA-Energiya - 1:1
 
Neftçinin start heyəti: Rauf Mehdiyev, Rail Məlikov, Denis Silva, İqor Mitreski, Ruslan Abışov, Elmar Baxşiyev, Slavko Georgievski, Mirhüseyn Seyidov, Ruslan Qurbanov, Cavid Hüseynov, Emil Mpenza.
 
Oyun başladı
Qarşılaşmanın əvvəlləri Neftçi`nin üstünlüyü şəraitində keçir
Neftçi rəqibi əks-hücumda yaxalamaq imkanını əldən verir
Ruslan Qurbanovun başla zərbəsi təhlükəli alınır
Emil Mpenza topu rəqib qapıdan keçirsə də, hakim ofsayd qərarını verir
İlk yarının sonlarında SKA-Energiya`nın hücumu zamanı qapıçı Rauf Mehdiyev rəqibin zərbəsini tutdu
Birinci hissə başa çatdı
 
İkinci hissə başladı
Qapıçı Elçin Sadıqov, oyunçular Tərlan Quliyev, Ruslan Əmircanov, Cavid İmamverdiyev və baxışda olan Hima Yasin ikinci hissədə meydana çıxıblar. Onlar Rauf Mehdiyev, Rail Məlikov, Ruslan Abışov, Elmar Baxşiyev və Mirhüseyn Seyidovun əvəzinə meydana çıxıblar
Denis Silva zədələnərək, meydanı tərk edir.
Cavid Hüseynovun əvəzinə meydana Eltun Yaqublu daxil oldu
Qol! Neftçi hesabı açdı. Ruslan Qurbanov 73-cü dəqiqədə komandasını hesabda irəli çıxardı - 1:0
Cavid Hüseynovun əvəzinə meydana Eltun Yaqublu daxil oldu.
77-ci dəqiqədə rusiyalı futbolçular cərimə zərbəsindən hesabı bərabərləşdirdilər - 1:1
80-ci dəqiqədə Neftçi hesabda yenə önə çıxa bilərdi. Amma rəqib qapıçı Tərlan Quliyevin zərbəsindən sonra qola imkan vermədi
82-ci dəqiqədə Emil Mpenza qapıçı ilə təkbətək çıxsa da, onu keçə bilmədi
Oyun başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.