19 yanvar 2011 00:01
AÇ-2011. Avstraliya və Koreya da 1/4 finalda
Qətərdə düzənlənən Asiya çempionatında qrup mərhələsinin sonuncu - üçüncü turunun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin 12-ci oyun günündə C qrupunda qərarlaşan komandaların taleyinə tam şəkildə aydınlıq gəlib.
Qitə çempionatının iddialı komandalarından biri olan Avstraliya Bəhreynlə qarşılaşıb. Minimal hesablı qələbə avstraliyalılara növbəti mərhələyə vəsiqə qazanmaq yolunda yetərli olub. Digər qarşılaşmada isə Cənubi Koreya Hindistan üzərində böyükhesablı qələbəyə sevinib.
Maraq üçün xatırladaq ki, Avstraliya və Bəhreynə kimi, A qrupundan Özbəkistan və Qətər, B qrupundan isə Yaponiya və İordaniya 1/4 final mərhələsinə vəsiqəni təmin etmişdi.
Asiya Kuboku
Qrup mərhələsi (3-cü tur)
18 yanvar
B qrupu
Avstraliya – Bəhreyn – 1:0
Qol: Jedinak, 37.
Cənubi Koreya – Hindistan – 4:1
Qollar: D.Ji, 6; 23, J.Ko, 9, H.Son, 81 – Çetri, 12-pen.
| 1 | Avstraliya | 3 | 2 | 1 | 0 | 6 | - | 1 | 7 |
| 2 | Cənubi Koreya | 3 | 2 | 1 | 0 | 7 | - | 3 | 7 |
| 3 | Bəhreyn | 3 | 1 | 0 | 2 | 6 | - | 5 | 3 |
| 4 | Hindistan | 3 | 0 | 0 | 3 | 3 | - | 13 | 0 |
