19 yanvar 2011 12:02
Ukraynalı hakim rüşvət aldığı üçün ömürlük cəzalandırıldı
Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS), rüşvət almaqda ittiham olunan ukraynalı hakim Oleq Orexovu ömürlük cəzaya məhkum edib. Azerisport.az xəbər verir ki, UEFA-nın onun haqqında qaldırdığı iddiaların doğru olduğunu təsdiqləyən CAS 43 yaşlı hakimin həqiqətən bu cəzaya layiq olduğunu açıqlayıb.
Qeyd edək ki, bu hakim 2009-cu ildə `Basel` və Sofiya CSKA-sı arasında oynanılan Çempionlar Liqası matçının nəticəsinə təsir etməklə təxminən 50 min avro aldığı üçün məhkəməyə verilmişdi. Məhkəmədə ifadə verən bu rüşvət əməliyyatının təşkilatçılarından biri Orexovla Kiyevdə görüşdüyünü və bu matçdan 150 min avro qazanc götürdüklərini etiraf edib.
