19 yanvar 2011 12:31
`İnter` - `Mika` matçında anşlaq gözlənilir
“Birlik Kuboku”nun 1/4 final mərhələsinin Azərbaycan çempionu `İnter`lə Ermənistan təmsilçisi `Mika` arasındakı görüşündə anşlaq gözlənilir. Azerisport.az xəbər verir ki, tribunalarda təxminən 6000 azarkeşin olması gözlənilir.
Maraq üçün qeyd edək ki, `İnter`ə azarkeşlik etmək üçün Bakıdan xüsusi reyslə cəmi 200-ə yaxın azarkeş gedib. Qalan tərəfdarlarımız isə Sankt-Peterburqda və Rusiyanın digər bölgələrində yaşayan həmyerlilərimiz olacaq.
