19 yanvar 2011 00:34

`Mika`nın baş məşqçisi: `İnter`lə oyun bizim üçün adi bir matçdı

“Birlik Kuboku”nun 1/4 final mərhələsində son Azərbaycan çempionu `İnter`ə rəqib olan Ermənistanın `Mika` klubunun baş məşqçisi Armen Şahgeldyan azerisport.az saytının suallarını cavablayıb.
 
- `İnter`lə oyun sizin üçün nə ifadə edir?
- Adi bir matçdı, hansı ki, qələbə qazanmaq istəyirik. Bu gün də belə rəqiblərimizdən biri `Bunedkor`la qarşılaşmada buna nail ola bildik.
 
- Nə əcəb sizin üçün heç bir prinsipial əhəmiyyət kəsb etmir?
- Mən diplomat, siyasətçi yox, futbol komandasının baş məşqçisiyəm. Mənim işim idmandı. Buna görə də mən burda hansısa başqa bir prinsipiallıq görmürəm.
 
- Hər halda bu təmsilçilərin ölkələri uzun müddətdi sülh və razılıq şəraitində yaşamır, bu, oyunçularınıza təsir etmir?
- Xeyr. Məşqçi korpusu bu məsələnin həlli ilə məşğul olur. Bizim üçün `İnter`lə matç adi qarşılaşmadan başqa heç nə deyil.
 
- Rəhbərlik artıq qarşınıza vəzifə qoyub?
- Əlbəttə. Biz artıq pley-offdayıq və mümkün qədər nəticəmizi yaxşılaşdırmalıyıq. Bu gün biz 1/4 finalda çıxış edirik, ardından yarımfinal. Əgər keçə bilsək, final haqda da düşünəcəyik.
 
- Hansı komandanı turnirin favoriti hesab edirsiz?
- Mənim üçün favorit yoxdu. Mən ancaq öz komandam və rəqiblərimiz haqda düşünürəm. Bu günə kimi `Bunedkor` idi, indi isə `İnter`di.
 
- Biz diqqət yetirmişik ki, komandanızda legionerlərin sayı azıd. Bu, klubun siyasətidi?
- Tamamilə doğrudu. Bizdə cəmi 4-5 əcnəbi futbolçu var. AÇ-2012-nin seçmə mərhələsində uğurlu çıxış edən Ermənisatn millisində də bir yetirməmiz çıxış edir. Yeri gəlmişkən, biz martda Rusiyaya qalib gələ bilsək, Avropa çempionatına düşmək şanslarımızı da artıracağıq.
 
- Sizcə, “Birlik Kuboku”nda iştirak vacibdi?
- Bəli. Əgər biz Latviya, Finlandiya, Rusiya və digər ölkələrin təmsilçiləri ilə qarşılaşırıqsa, deməli, bu turnir vacibdi. Gələn il turnir yubiley – 20-ci ilinə qədəm qoyacaq. Bu isə, az yaş deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.