19 yanvar 2011 12:36
`İnter` azarkeşləri `Mika` ilə oyuna şüarlarla hazırlaşıb
“Birlik Kuboku”nda bu gün keçiriləcək `İnter` (Azərbaycan) - `Mika` görüşünə azərbaycanlı azarkeşlər bir sıra şüarlar yazılmış plakatlar hazırlayıblar. Azerisport.az xəbər verir ki, onlar Sankt-Peterburqdakı “Peterburq” kompleksində bu şüarlardan istifadə edəcəklər: “Şəhidlər ölməz, Vətən bölünməz”, “Сегодня – наш финал” (Bizim final bu gündü) və “20 января – этот день мы не забудем никогда!” (20 yanvar – biz bu günü heç vaxt unutmarıq).
