19 yanvar 2011 00:54
Şefer voleybolçularımızı izlədi və planlarını açıqladı
`Bakı`nın bu günlərdə yollarını ayırdığı almaniyalı sabiq baş məşqçisi Vinfrid Şefer gələcək planlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, ölkəsindən olan jurnalistlərə açıqlamasında “zolaqlılar”ın sabiq çalışdırıcısı bunları dilə gətirib:
“Hələlik işə dönmək barədə düşünmürəm. Doğma Ettlingenə qayıdacam. İstirahətdən sonra isə, Birləşmiş Ərəb Əmirliklərinə qayıdacam, hansı ki, `Bakı`ya kimi çalışırdım”.
Qeyd edək ki, `Bakı`yla bir neçə gün öncə yollarını ayırmasına rəğmən, Şefer hələ də ölkəmizi tərk etməyib. Belə ki, o, dünən keçirilən voleybolçu qadınlar arasında ölkə çempionatının 6-cı turunun `Rabitə` - `İqtisadçı` görüşünü izləyənlər arasında olub.
