20 yanvar 2011 12:48

Zenit matçın vaxtını dəyişmək istədi, İnter razılaşmadı

Rusiya çempionu “Zenit”in rəhbərliyi Azərbaycan təmsilçisi “İnter”ə müraciət edib. Azerisport.az xəbər verir ki, müraciətdə paytaxt klubundan “Birlik Kuboku”nun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək oyunun vaxtının dəyişdirilməsi xahiş olunub.
 
Peterburqlular doğma meydanda baş tutacaq və 17:00-a planlaşdırılan görüşün 20:00-a (Bakı vaxtilə 21:00) dəyişdirilməsini istəyib. Onların bu istəyi isə, tribunalara daha çox azarkeşin gəlməsinə hesablanıb. Maraq üçün qeyd edək ki, onlar eyni təklifi 1/4 finalda qarşılaşdıqları Finlandiyanın HİK klubuna da etmiş, lakin rədd cavabı almışdılar.
 
Elə Azərbaycan çempionu da rusların bu təklifini qəbul etmək fikrində deyil. Hər halda paytaxt klubunun prezidenti Georgi Nikolovun azerisport.az saytına müsahibəsində dilə gətirdikləri belə deməyə əsas verir: “Zenit” belə bir təkliflə bizə müraciət edib. Mən də öz növbəmdə baş məşqçi Kaxaber Sxadadze ilə əlaqə saxladım. Sonda belə qərara gəldik ki, bu nəinki azarkeşlər, həm də oyunçular baxımından bizim üçün əlverişli deyil. Həm də təşkilatçılar oyunun başlama vaxtını daha vacib səbəblərə görə dəyişdirə bilər, belə şeylərə görə yox”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.