20 yanvar 2011 13:08
"Ermənilər üzərindəki darmadağın məni qürurlandırdı"
Millimizin kapitanı, Türkiyənin “Eskişehirspor” klubunun futbolçusu Rəşad Sadıqov son Azərbaycan çempionu “İnter”in “Birlik Kuboku”nda Ermənistan “Mika”sı üzərindəki parlaq zəfərinə (4:0) münasibət bildirib. Azerisport.az saytına açıqlamasında təcrübəli futbolçu bunları dilə gətirib:
“Bizim klubun Ermənistan təmsilçisiylə düşdüyünü biləndə həm çox sevindim, həm də bir qədər bir qədər məyus oldum. Sevindim ki, böyükhesabla qalib gələ bilərik. Ancaq digər tərəfdən nəticənin başqa cür ola biləcəyindən də ehtiyatlanırdım. Axı bu futboldu, öncədən heç bir şeyi dəqiq söyləmək olmur. Oyun vaxtı bizdə nahar idi. Ancaq mən icazə aldım ki, “İnter”in oyununa baxım. Erməniləri darmadağın etdiyimizə görə, çox qürurlandım. Oyunun bu cür alınması məni çox sevindirdi”.