20 yanvar 2011 13:17
AZAL-da 3 yeni legioner
Dünəndən etibarən AZAL-ın Antalyadakı düşərgəsinə yeni legionerlər qoşulub. Azerisport.az xəbər verir ki, bir neçə gün komanda ilə birgə məşqlərə qatılacaq futbolçular, bu müddətdə baxışdan keçəcək.
Bu gün artıq 3 futbolçu – bearuslu Vitali Panasyuk, xorvatiyalı Palomb Yusifi və kosovalı Bardil Kaqyu ilk məşqlərə çıxıblar. Məşqçi heyəti onları sınaqdan keçirdikdən sonra qərarını verəcək.
