20 yanvar 2011 00:04
Abramidze: “Bu qələbə Azərbaycan üçün çox əhəmiyyətli idi”
Son Azərbaycan çempionu `İnter`in müdafiəçisi Valeri Abramidze “Birlik Kuboku”nun 1/4 final mərhələsinin `Mika` (Ermənistan) ilə oyunundan sonra fikirlərini açıqlayıb. 4:0 hesablı tarixi qələbənin ardından təcrübəli müdafiəçi azerisport.az saytına açıqlamasında bunları söyləyib:
“Bu, çox vacib bir oyun idi. İlk qoldan sonra biz xeyli sayda qol epizodları yaratdıq. Qələbə oyuna görə oldu. Rəqibimiz də zəif idi. Ancaq hər şeyə rəğmən, bu qələbənin Azərbaycan üçün çox əhəmiyyətli olduğunu bilirəm. İndi biz ancaq finala çıxmağa çalışmalıyıq”.
