20 yanvar 2011 13:24
Mourinyo mövsümün sonunda “Real”dan ayrılır
İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Mourinyo mövsümün sonunda bu komandayla yollarını ayırmaq haqda düşünür. Azerisport.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin belə qərara gəlməsinə klub rəhbərliyinin son aylarda verdiyi bəzi qərarlar səbəb olub.
Bu mənada daha çox Mourinyonun xeyli müddətdi istədiyi yeni bir hücumçunun alınması tələbinin yerinə yetirilməməsi əsas səbəb kimi göstərilir. Təcrübəli mütəxəssis özünə rəhbərlik tərəfindən heç bir dəstək hiss etmədiyini açıqlayıb. Onun karyerasını davam etdirəcəyi mümkün klublar arasında isə İngiltərənin “Manchester United” və “Manchester City” klublarının olduğu bildirilir. Həmçinin, keçmiş klublarından İtaliya “İnter”inə dönüşü də istisna olunmur.
