20 yanvar 2011 13:40
Antalya toplanışına Zarya ilə
Xəbər verdiyimiz kimi, artıq AZAL-ın Antalya toplanışı start götürüb. Azerisport.az xəbər verir ki, srağagün günorta saatlarında Antalyaya gedən komanda Laradakı “Titanik” otelində məskunlaşıb. Toplanış fevralın 1-ə qədər davam edəcək.
Qarşısına mövsümün ikinci yarısına ciddi hazırlaşmaq məqsədi qoyan AZAL-ın Antalyada intensiv hazırlıq keçəcəyi xəbər verilir. 15 günə 5 yoxlama görüşü planlaşdırılıb. Bundan əlavə, komanda gündə iki dəfə olmaqla məşqlərə çıxacaq. Bunlardan birincisində futbolçular fiziki hazırlıq üzərində çalışacaq. Axşam məşqləri islə toplu çalışmalardan ibarət olacaq.
İlk yoxlama görüşünün isə yanvarın 21-də keçirilməsi nəzərdə tutulub. Həmin gün rəqib, Ukraynanın “Zarya” (Luqansk) kollektivi olacaq.
