20 yanvar 2011 01:09
Ermənilərin “bayrağ”ı qalmaqala səbəb olub
Sankt-Peterburqda təşkil olunan sayca 19-cu “Birlik Kuboku”nun 1/4 final mərhələsinin `İnter` (Azərbaycan) - `Mika` görüşündən öncə tribunada kiçik qalmaqal yaşanıb. Azerisport.az xəbər verir ki, buna səbəb erməni azarkeşlərdən birinin tanınmamış qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını tribunaya gətirmək istəyi olub.
Lakin Sankt-Peterburq hüquq-mühafizə orqanları vaxtında bunun qarşısını alıb. Bundan qəzəblənmiş azərbaycanlı azerkeş isə ermənilər oturan sektora mobil telefonunu atmaqla acıqlarını çıxmağa çalışıb.
