20 yanvar 2011 13:46
İnter – Zenit matçının vaxtı dəyişdiriləsi olmadı
“Birlik Kuboku”nun təşkilatçıları turnirin yarımfinal mərhələsinin Azərbaycan çempionu “İnter”lə Rusiya “Zenit”i arasında keçiriləcək oyunun başlama saatını dəyişdirməyəcək. Azerisport.az xəbər verir ki, piterlilər eyni tələblə öncə də Təşkilat Komitəsinə müraciət edibmiş. Digər tərəfdən, Azərbaycan klubunun rəhbərliyi də qarşı tərəfin istəyini qəbul etməyib.
Beləliklə, “İnter” – “Zenit” görüşü sabaha planlaşdırıldığı vaxtda – Bakı vaxtı ilə 18:00-da start götürəcək.
