20 yanvar 2011 13:51
Zenitin yarımmüdafiəçisi: Lomayaya ilk qolu biz vuracağıq
Rusiya çempionu “Zenit”in yarımmüdafiəçisi Stanislav Matyaj “Birlik Kuboku”nun sabah keçiriləcək yarımfinal mərhələsinin “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Azərbaycan çempionu çox güclü komandadı. Ancaq biz onları məğlub etmək istəyirik. Mənim daha çox rəqib komandada Girts Karlsonsun oyunu xoşuma gəlir. Georgi Lomaya da yaxşı oyunçudu. O hələ qol buraxmayıb, amma biz onu məyus edəcəyik”.
