20 yanvar 2011 00:55

Girts Karlsons: Skonto ilə finalda!

Son Azərbaycan çempionu “İnter”in “Birlik Kuboku”nun 1/4 final mərhələsində Ermənistanın “Mika” klubu üzərindəki qələbəsinin (4:0) əsas qəhrəmanı – dubla imza atan Girts Karlsonsun azerisport.az saytına müsahibəsi.
 
- 1/4 finalda ermənilər üzərində belə darmadağın nə dərəcədə gözlənilən oldu?
- Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. 4:0 hesabı bu iki komanda arasındakı səviyyə fərqini göstərir. Biz kağız üzərində də ermənilərdən güclü idik, meydanda da bunu isbatladıq. Ən əsası isə odur ki, biz yolumuza davam edirik. Yarımfinalda bizi daha çətin qarşılaşma gözləyir.
 
- “Zenit”in əvəzediciləriylə?
- Hər halda, onlar bura qədər gəlib çıxa biliblərsə, bu, çox şeydən xəbər verir. Onlar bizə müqavimət göstərməyə çalışacaq. Ancaq biz qələbə əhval-ruhiyyəsindəyik. “İnter” finalda oynamaq istəyir.
 
- Sizə Azərbaycan və Ermənistan klubları arasındakı görüşün prinsipiallığı məlum idi?
- Bizə bu haqda demişdilər. Biz qələbə qazanmaq istəyirdik ki, yarımfinala çıxaq. Bizə kim azarkeşlik edirdisə, stadiona təşrif buyurmuşdusa, onların hamısına dəstəyə görə təşəkkürümü bildirirəm. Düşünürəm ki, biz qələbə seriyamızı davam etdirə bilərik.
 
- Bəs 1/4 finalda hansı komandayla oynamağı dah çox istərdiniz?
- “Skonto” yaxşı heyətlə gəlib. İstərdik ki, “Tobol” ilə oynayaq. Qazaxıstan klubunun əla heyəti var. Onlarla oyun daha maraqlı olardı.
 
- Bəs “Skonto” ilə”?
- (gülür) Onlarla oynamağımızı istəməzdim. Qoy “Skonto” hələ mübarizəsini davam etdirsin, finalda görüşərik.
 
- Siz “Birlik Kuboku”nun bombardirisiz. Bu liderliyinizi sona kimi saxlamaq arzunuz var?
- Mənim üçün komandamın qələbələri önəmlidi. Çalışacağam ki, yarımfinalda da vurum.
 
- Siz artıq Starkovun "Bakı"nın baş məşqçi postuna tə'yinatndan xəbərdarsınız?
- Starkov keçmiş məşqçimdi. Əminəm ki, “Bakı” onun təyinatından qazanacaq. O, intizamı çox sevir. Onun qoyduğu qanunları heç kim pozmamalıdı. Xoşuna gəlir ki, futbolçu öz üzərində daha çox işləsin. Böyük təcrübəsi var. Onun rəhbərliyi altında “Bakı” avrokuboklarda da uğurlu çıxış edə bilər.
 
- Ancaq Starkov həmişə müdafiə futboluna üstünlük verir...
- Bəli, bu, sirr deyil ki, Starkovun komandaları müdafiə oyununa üstünlük verir. Ancaq ola bilər ki, “Bakı”da fərqli olsun. Axı həmişə müdafiə olunmaq olmaz. “Bakı”da yaxşı hücumçular var ki, Starkov onların xidmətindən yararlana bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.