20 yanvar 2011 14:20

Anatoli Davıdov: Çalışacağıq ki, biz İnterdən elə qol buraxmayaq

Rusiyanın son çempionu “Zenit”in gənclərdən ibarət komandasının baş məşqçisi Anatoli Davıdov “Birlik Kuboku”nun “İnter”lə oyunu öncəsi azerisport.az saytına müsahibə verib.
 
- Yarımfinaldakı rəqibiniz “İnter”di. Bu komanda haqda nə deyərdiz?
- Çox sürətli komandadı, hücumda əla oynayırlar. Oyun quruculuqları da yaxşıdı, yüksək səviyyədədi. Onlara qarşı oyunumuz asan olmayacaq. Komandada yaxşı hücumçular var. Hansı ki, cəlddirlər, daim rəqib qapısını təzyiqdə saxlayırlar, ona görə də çox qol vururlar.
 
- Rəqibin heyətində kimisə gözaltı etmisiz?
- Xery. Futbol komanda oyunudu. Uduzanda da, udanda da bütün komanda, məşqçi, oyunçu, bütün struktur eyni aqibəti yaşayır. Ancaq əgər təkid edirsizsə, 20 nömrəli futbolçu Karlsonsun adını çəkərdim. Yaxşı, perspektivli hücumçudu. Yüksək səviyyəli, səliqəli hücumçudu, taktiki planda da mükəmməldi. Bildiyim qədərilə, turnirin ən yaxşı hücumçularından biridi.
 
- “İnter”in oyununu izləməyə imkan tapmısız?
- Mən ancaq son oyunu izləyə bildim. Ancaq ona da tam yox. Çünki həmin vaxt artıq məşqə çıxırdıq. Oyun çox xoşuma gəldi. Xüsusilə də ikinci qol: uzun və dəqiq ötürmə, gözəl qəbul və super qol. Bu çox əla idi. Çalışacağıq ki, biz elə qol buraxmayaq.
 
- Bərba üçün bir gün azdı. Oyunçularınızı növbəti görüşə, keyfiyyətli futbol sərgiləməyə hazırlaya biləcəksizmi?
- Qələbədən sonra bərpa olunmaq asandı, axı komanda yüksəlişdə olur, emosiyalar altında bərpa prosesi daha fəal keçir. Bir günkük istirahət az olsa da, hər halda bütün iştirakçılar üçün şərtlər eynidi. Hesab edirəm ki, hər iki komandaya öz imkanları daxilində oynamaq çətin olacaq. Ancaq nə qədər çətin olsa da, hər şeyi edəcəyik ki, qələbə qazanaq.
 
- Hələlik “İnter”ə heç qol da vuran olmayıb...
- Biz bunun dəyişməsinə çalışacağıq. Futbol da ondan ötrüdü ki, qol vurasan. Azarkeşlər yaxşı oyun olmasına rəğmən, qolsuz tamamlanan oyunları xoşlamır. Qol vurmaq, qələbə qazanmaq üçün hazırlaşmalı, işləməliyik.
 
- Siz öncə komandanızın qarşısına turniri qazanmaq vəzifəsini qoymadığınızı açıqlamışdınız. İndi fikriniz dəyişib?
- Nə vaxt yarımfinala kimi gəlirsənsə, istər-istəməz final haqda da düşünürsən. Ancaq biz uduzsaq da, heç kim bizi mühakimə edə bilməz. Amma udsaq, təbii ki, çox yaxşı olar. Futbolçularımız təbii ki, qələbə qazanmaq istəyir. Amma bizim əsas məqsədimiz çempionata yaxşı hazırlaşmaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.