20 yanvar 2011 14:31
Erməni futbolçu Azərbaycan çempionunu təbrik etdi
“Birlik Kuboku”nun 1/4 final mərhələsində baş tutan “İnter” – “Mika” görüşündən sonra Ermənistan klubunun üzvü Gevork Poqosyan 4 cavabsız qolla məğlub olduqları görüşü şərh edib. Azerisport.az xəbər verir ki, o, Azərbaycan çempionuyla dueldə üzləşdikləri darmadağınla bağlı bunları söyləyib:
“Matç bizim üçün çox ağır və çətin alındı. Azərbaycan komandasını qələbə münasibətilə təbrik edirəm. Biz ona görə uduzduq ki, fiziki cəhətdən çox zəif idik və belə oyuna hazır deyildik. Yorğun olduğumuzdan bizdə heç nə alınmadı. İlk qoldan sonra biz vabanka gedib, irəli atılsaq da, daha üç qol buraxdıq. Nə etmək olar, bu, futboldu”.
