20 yanvar 2011 14:47
Ramiz Məmmədovu nigeriyalılar sevindirdi
Azərbaycanlı baş məşqçi - Ramiz Məmmədovun çalışdırdığı Qazaxıstanın `Atırau` klubu növbəti yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası Antalya toplanışı çərçivəsində baş tutan üçüncü sınaq matçında ardıcıl ikinci qələbəsini qazanıb.
`Atırau` Türkiyədəki ilk hazırlıq mərhələsinin son oyununda Almaniyanın dördüncü liqa təmsilçilərindən biri ilə qarşılaşmada 2:0 hesablı qələbəyə sevinib. Hər 2 qolu baxışda olan nigeriyalılar Alfred və Zitu rəqib qapısından keçirib.
Xatırladaq ki, həmyerlimizin komandası Türkiyədə keçirdiyi ilk sınaq matçında Albaniyanın BESA klubuna 0:1 hesabı ilə məğlub olsa da, ikinci görüşündə `Xəzər Lənkəran`a 2:1 hesabı ilə qalib gəlmişdi.
