20 yanvar 2011 15:06
AZAL bu günkü məşqinə bir dəqiqəlik sükutla başladı (FOTO)
AZAL Türkiyənin Antalya şəhərindəki hazırlıq prosesini davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu gün səhər məşqinə bir dəqiqəlik sükutla başlayıb. “Təyyarəçilər” bununla 1990-cı ilin 20 yanvar tarixində həyatını itirən şəhidlərimizin ruhunu yad etməyi özlərinə borc biliblər. Klub rəhbərliyi həmçinin legionerlər də daxil olmaqla, bütün heyət üzvlərinə bu barədə ətraflı məlumat verməyi də unutmayıblar.
