20 yanvar 2011 16:36

Rəşad Sadıqov: Azərbaycan 5 ilə Türkiyə futboluna çatacaq

Türkiyənin “Eskişehirspor” klubunun və millimizin üzvü Rəşad Sadıqov, qardaş ölkə mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, həmyerlimiz türkiyəlu jurnalistlərə maraqlı açıqlamalar verib.
 
Superliqanın cari mövsümündə “Trabzonspor”un çempionluq yarışında digər rəqiblərinə görə daha şanslı olduğunu söyləyən Sadıqov, elə bu komandanın da qızıl medallara sahib çıxmasını istədiyini bildirib.
 
Türkiyəyə “Eskişehirspor”dan öncə də gəldiyini və “Kayserispor”, “Kocaelispor”da top qovduğunu xatırladan millimizin kapitanı ilk gəldiyi Kayseridə hər şeyin onun üçün yaxşı başladığını, ancaq daha sonra bəzi səbəblər üzündən yetərincə uğur qazana bilmədiyini açıqlayıb. Zədə və digər səbəblər ucbatından “Kayseri”dən ayrıldığını və ardından transfer olduğu “Kocaelispor”da çətin günlər keçirdiyini qeyd edən Rəşad bunları söyləyib: “Komandada maddi anlamda problemlər çox idi. Mübarizəmizi sona kimi apardıq, amma liqada qala bilmədik. Sonra Azərbaycana döndüm. Bu dəfə isə “Eskişehirspor”a gəldim. İnşallah bu dəfə uzun müddətli olar və daha uğurlu alınar”.
 
Türkiyə futbolu haqqında düşüncələrini ifadə edən Sadiqov, “Məncə türk futbolu 7-8 ildi yerində sayır, amma daha da inkişaf etməsi lazım idi. Burada olan futbolçulara, məşqçilərə, tərəfdarlara görə, daha çox öndə olmaq lazım idi”.
 
Türk futbolu ilə Azərbaycan futbolu arasında çox fərq olduğunu açıqlayan Rəşad “Siz bizdən çox öndəsiniz. Amma bizdə də futbol sonuncu federasiya prezidentinin seçilməsinin ardından 2-3 ildi inkişaf etməyə başlayıb. Azərbaycan futbolu 5 ilə Türkiyənin futboluna çata bilər”.
 
 
Hər yöndə olduğu kimi futbolda da iki ölkə arasındakı münasibətlərin çox yaxşı olduğunu dilə gətirən Rəşad daha sonra bunları dilə gətirib: “Azərbaycanda Türkiyə futbolu və futbolçuları çox yaxından təqib olunur. Amma Türkiyədə bizim futbol o qədər də izlənilmir. Bu da normaldı. Hər halda yuxarıdakılar aşağıya baxmaz, aşağıdakılar yuxarı baxar. Dünyanın her yerində bu belədi”.
 
Dünya və Avropa çempionatlarında qatılamadığımızı bildirən Sadıqov əvəzində belə yarışlarda iştirak edən Türkiyəni öz komandamız hesab etdiyimizi söyləyib: “Qazandığınız zaman, uşaqlar kimi küçələrə çıxıb, bunu qeyd edərik”.
 
Hətta Bakıda keçirilən AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycan – Türkiyə matçında da (1:0) stadionun yarısının qardaş ölkəyə azarkeşlik etdiyini bildirən Rəşad “Bu, matçlarda çox az görülən bir şeydi. Sanki Türkiyə səfərdə çıxış etmirdi. Futbolçuları elan edərkən, hər iki tərəfi birlikdə alqışlayırdılar” – deyə söyləyib.
 
Həmin tarixi görüşdə vurduğu qoldan sonra heç kimin təzyiqi ilə üzləşmədiyini söyləyən Rəşad o oyuna kimi 3 ay futbol oynamadığını da xüsusi qeyd edib. “Eskişehirspor”da start heyətində oynayamadığını xatırladan Sadıqov, o matçın özü üçün çox önəmli olduğunu dilə gətirib: “O, mənim üçün bir şansdı. Hər kəs, Türkiyə, Azərbaycan, məşqçilər o matçı izləyir. Bunu bilirdim. Amma qol atacağımı heç düşünmüdüm. Korner oldu. Öncədən hazırladığımzı bir ev tapşırığını yerinə yetirdik. Mən vurdum və sondta qol oldu. Allahıma şükürlər olsun”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.