20 yanvar 2011 16:47
Azərbaycan çempionu daha bir futbolçunu sınayır
Azərbaycan çempionu “İnter” daha bir futbolçunu sınaqdan keçirir. Azerisport.az xəbər verir ki, “Birlik Kuboku”nda çıxış edən komandamızın Moldova “İskra-Stal”ı ilə görüşündə 45 dəqiqə meydanda da olan Aleksandr Stepanov “Maşuk”dan gəlib.
Lakin hələlik onun komandada qalıb-qalmayacağına qərar verilməyib. Qeyd edək ki, Stepanovla yanaşı, hazırda paytaxt klubunun düşərgəsində daha bir neçə futbolçu baxışdan keçirilir.
