20 yanvar 2011 16:55

Qarabağ da məşqdən öncə şəhidləri andı (FOTO)

“Qarabağ” Antalyada keçirdiyi təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda artıq bu günə nəzərdə tutulan bir məşqi arxada qoyub.
 
Saat 10:15-də start götürən səhər məşqi 1 saat 45 dəqiqə davam edib. Məşqdən öncə isə 21 il öncə baş vermiş 20 yanvar hadisəsinin şəhidlərinin anım mərasimi baş tutub. Komandanın baş məşqçisi Qurban Qurbanov bu səbəblə nitq söyləyib. O, baş verən hadisənin təfsilatına toxunaraq 20 yanvar hadisəsinin mahiyyəti haqqında danışıb. Müstəqilliyimizin əldə edilməsində 1990-cı ildə 20 Yanvarda tökülən insan qanının nə qədər böyük rol oynadığını vurğulayıb.
 
Adınca günün ilk məşqinə start verilib. Xəstə futbolçulardan Namiq Yusifov artıq məşqlərdə iştirak etməyə başlayıb. Zaur Həşimov isə bu gün də məşqi kənardan izləyib. Maksim Medvedev ayrılıqda çalışıb. Onun ayağında ağrılar qaldığına görə müdafiəçi fizioterapevt nəzarətində məşq edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.