20 yanvar 2011 17:12
Xəzər Lənkəranda növbəti legioner (FOTO)
Rumıniyanın “Universitatea” klubunun yarımmüdafiəçisi Julius Vobay bu gün “Xəzər Lənkəran”la münasibətlərini rəsmiləşdirə bilər. Azerisport.az xəbər verir ki, bu haqda Lənkəran klubunun rumıniyalı baş məşqçisi Mirça Rednik ölkəsindən olan jurnalistlərə açıqlamasında bildirib:
“Mən artıq klub prezidenti Adrian Mitsitselu ilə danışmışam. Artıq Vobay bu gün bizim futbolçu ola bilər”.
Qeyd edək ki, Syerra Leone yığmasında 25 oyun keçirən və 1984-cü ildə anadan olan bu futbolçu rəqib qapılarından 12 top keçirib.
