20 yanvar 2011 21:51
Qəbələdə yeni hollandiyalı, afrikalılar da yoldadı
`Qəbələ` Türkiyədəki təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin düşərgəsində baxışda olan futbolçular da var.
Bunlar hollandiyalı Con Kollinz, İvan Redan və Əl Banquradı. Baş məşqçi Toni Adams onlar haqda yaxın günlərdə qərar verəcək.
İngilis mütəxəssis azerisport.az saytına açıqlamasında həm də bildirib ki, komandasından hansısa oyunçunun getməsinə imkan verməyəcək: “Komandadan heç kimin gedişi gözlənilmir. Düzdü, üç yerli futbolçumuzu icarəyə vermişik. Tezliklə düşərgəmizə afrikalı futbolçular gələcək. Hələlik isə onların adlarını açıqlamaq istəməzdim”.
