20 yanvar 2011 22:24
İnterin Zenitlə oyununa 6 min bilet sifariş olundu
“Birlik Kuboku”nun təşkilatçıları son Azərbaycan çempionu “İnter”lə Rusiya təmsilçisi “Zenit” arasındakı oyuna 6000 bilet sifariş edib. Azerisport.az xəbər verir ki, tribunada hər iki komandanın çoxsaylı azarkeşinin olacağı gözlənilir.
“Bankirlər”i təxminən 3 min azarkeşin dəstəkləməsi gözlənilir. Təhlükəsizlik xidmətinin əməkdaşları isə sözügedən komanaların azarkeşləri arasında hər hansı toqquşmanın baş verməməsi üçün əllərindən gələni etməkdədi.
