20 yanvar 2011 23:01
İnter – Mika matçında ermənilərə nə pis təsir edib?
Ermənistan mətbuatı “Mika”nın “Birlik Kuboku”nun 1/4 finalı matçında Azərbaycan çempionu “İnter”ə 0:4 hesablı məğlubiyyəyindən sonra öz komandalarını tənqid ediblər. Azerisport.az xəbər verir ki, onlar yazılarından birində bunları bildiriblər:
“Möhtərəm “Mika” FK rəhbərliyi və komandanın mətbuat xidməti! Bu vacib oyundan heç olmazsa internet-translyasiya təşkil etmək doğrudan da çətin idi? Hətta həvəskar videokameranın köməyi ilə çəkiliş aparmaq və translyasiya etmək imkanı verən xeyli internet saytlar var ki, bununla azarkeşlərin əsəb hüceyrələrini qorumaq olardı. Azarkeşlərimiz Azərbaycan telekanalının onlayn translyasiyasına baxmaq və şərhçinin eyforiyalı ulaşmasını dinləmək, qonşu ölkədən
"Qarabağ bizimdir!” sədasını eşitmək məcburiyyətində qalmışdılar”.
