20 yanvar 2011 12:07
Rəşad Sadıqov Genclerbligi ilə oyunun əsas heyətində
Sabah Türkiyə Superliqasında ikinci dövrənin oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, ikinci dövrənin açılış turunda səfərdə “Genclerbirligi” ilə qarşılaşacaq “Eskişehirspor” bu oyunla əlaqədar artıq Ankaraya yollanıb.
Baş məşqçi Bülənt Uyğun millimizin kapitanı Rəşad Sadıqovu da səfər matçına aparılan siyahıya salıb. Həmyerlimizin Ankara klubuyla görüşdə start heyətində meydana çıxacağını da əlavə edək. Qeyd edək ki, bu kollektivlər arasındakı görüş yanvarın 22-də baş tutacaq.
