20 yanvar 2011 12:16

“Almanlar hələ də elə bilir ki, onlara qolu mən vurmuşam”

Milli komandamızın üzvü, “Neftçi”nin kapitanı Rail Məlikov azerisport.az və “Zerkalo”nun suallarını cavablayıb.
 
- Siz təsadüfən toplanışa artıq çəkiylə gəlməmisiz ki?
- Hələ istirahətə buraxılmamışdan əvvəl məndə iki kiloqram artıq çəki vardı. Çünki zədədən yenicə qayıtmışdım. İstirahət dövründə daha iki kilo da artdı. Cəmi 4 kilodu.
 
- Belə hallarda klub tərəfindən cəzalandırılmalar olurmu?
- İki kilodan artıq yığanda cərimə edirlər. Ancaq bu dəfə heç kimi cərimə etmədilər.
 
- Deməli, istirahət vaxtı güclənməmisiz?
- Fitneslə məşğul olurdum. Elə iki kilo artıq çəki də məhz ona görə yaranmışdı.
 
- Siz Avstriya toplanışı zamanı az qala “Beşiktaş”a qalib gələcəkdiz (1:1). Sizi artıq tanıyırlar?
- Demək olar ki, hər addımda. Bunda isə daha çox Türkiyə klubu üzərindəki qələbəmiz yox, milli komandadakı çıxışımızın rol oynadığını düşünürəm. Hətta almaniyalı turistlərin də marağını görürük.
 
- Nə ilə maraqlanırlar?
- Almanlar elə hesab edir ki, Kölndə baş tutan AÇ-2012-nin seçmə mərhələsinin oyununda (1:6) onların qapısına yeganə qolu mən vurmuşdum. Həmçinin Berti Foqts haqqında da soruşurlar. Hər dəfə qeyd edirlər ki, o, Almaniyanın əfsanəsidi.
 
- “Neftçi”nin bu dəfəki toplanış üçün sınaqçı-rəqibləri elə də güclü deyil...
- Rəhbərlik belə qərar qəbul edib. Bizim üçün isə fərqi yoxdu. Yəqin ki, bütün bunlar Premyer Liqanın oyunlarına daha yaxşı hazırlaşmağımız üçün edilir. Ancaq əlbəttə ki, daha güclü komandalarla qarşılaşmağımızı da istərdik.
 
- Ötən təlim-məşq toplanışınız Avstriyada olmuşdu və ardından siz qış çempionu oldunuz. Bu dəfəki toplanışın da uğurlu alınacağına inanırsız?
- Təbii ki, yaxşı hazırlaşmasan, heç nəyə nail ola bilməzsən. Şəxsən mən komandadan razıyam. Yaxşı hazırlaşırıq. Təəssüf ki, millimizin Dubay toplanışı səbəbindən heyətin bir sıra üzvü komandanın düşərgəsində sona kimi qalmayacaq. Elə toplanışın həlledici məqamı da məhz budu. Bu, bizim ölkə çempionatındakı çıxışımızda müəyyən təsirini göstərə bilər.
 
- Bəziləri hesab edir ki, milli üzvləri hərbi xidmətdən azad olunmalıdı. Bəs siz necə düşünürsüz?
- Qanun hər kəs üçün qanundu. Hərbi xidməti çəkmək lazımdı. Peşəkarlıq tərəfdən mən də azarkeşlərlə razıyam. Hətta bir həftə məşq etməyən kimi, formanı itirmiş olursan. Əgər yığmamızın əksər üzvləri hərbi xidmətə yollansa, bu Azərbaycan yığmasının nəticələrinə təsir göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.