20 yanvar 2011 00:37
Elxan Məmmədov: İnterin uğuru futbolumuzun inkişafından xəbər verir
AFFA-nın baş katibi Elxan Məmmədov son Azərbaycan çempionu `İnter`in Rusiyada keçirilən ənənəvi “Birlik Kuboku”ndakı çıxışına münasibət bildirib. Təmsilçimizin Ermənistan klubu `Mika`yla oyunu öncəsi Sankt-Peterburqa yollanan baş katib azerisport.az saytına açıqlamasında bunları dilə gətirib:
“İnter`in uğurları Azərbaycan futbolunun inkişafından xəbər verir. Biz bu gün Ermənistan klubu üzərindəki qələbəyə görə çox sevincliyik. Ümid edirəm ki, komandamız yarımfinalda da eyni uğuru təkrarlayıb, bizə final həyəcanı bəxş edə biləcək”.
