20 yanvar 2011 00:46
Anatoli Doroş Qəbələdə oynamaqdan imtina etdi
Azərbaycanın `Karvan` və AZAL klublarının sabiq hücumçusu Anatoli Doroş yenidən ölkəmizə qayıtmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, hazırda Qazaxıstanın `İrtış` klubunda forma geyən ukraynalı futbolçu `Qəbələ`nin təklifini qəbul etməyib:
“Mən yenidən Azərbaycana qayıda bilərdim. “Qəbələ” məni sıralarına qaytarmaq istəyirdi. Ancaq mən bu klubun təklifindən imtina etdim. Çünki orda daha çox paytaxt klublarında top qovmaq istərdim”.
