21 yanvar 2011 13:25
QəbələTürkiyə klubuna məğlub oldu
Xəbər verdiyimiz kimi, U-17 Liqanın 2009-2010-cu il mövsümünün qalibi “Qəbələ”klubunun müvafiq yaş qrupundan ibarət komandası AFFA tərəfindən Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına göndərilib. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində “Qəbələ”növbəti yoldaşlıq oyunu keçirib.
Türkiyənin “Muratpaşa bələdiyyəsi” klubunun nəzdindəki U-19 komandası ilə qarşılaşan “Qəbələ” 0:2 hesabı ilə məğlub olub.
