21 yanvar 2011 20:28
Yığmamız Almaniya klubuna məğlub oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Almaniya 3-cü bundesliqasının “Obernoyland” komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində, Bakı vaxtı ilə saat 17:00-da baş tutan matçda almanlar 2:0 hesabıyla qələbə qazanıb.
