21 yanvar 2011 13:38
AFFA daha bir klubumuzu Antalyaya göndərir
AFFA “Qarabağ”ın 15 yaşlılardan ibarət komandasını Antalyaya göndərəcək. Azerisport.az xəbər verir ki, 17 yaşlılar arasındakı çempionatın ötən mövsümünün qalibi olan “Qəbələ”nin qardaş ölkədəki hazırlıq prosesini təşkil edən federasiya rəhbərliyi U-15 Liqanın 2009-2010-cu il mövsümünün qalibi olan “Qarabağ”ı da yanvarın 27-dən fevralın 4-dək Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına göndərməyə hazırlaşır.
