21 yanvar 2011 13:47
Xəzər Lənkəranda biri getdi, digəri gəldi
“Xəzər Lənkəran” klubunun Antalyada kecirdiyi təlim-məşq toplanışı bütün gücü ilə davam edir. Azerisport.az xəbər verir ki, keçirilən ağır məşqlərə baxmayaraq futbolçuların istək və arzusu bütün çətinlikləri arxa plana keçirir.
Bu arada komandanın keçirdiyi hər iki yoxlama oyununda zəif təsir bağışlayan qapıçı Kosmin Vitka artıq geri göndərilib. Məşqçilər korpusu yeni qapıçı axtarışını davam etdirir.
Əvəzində düşərgəyə daha bir yeni futbolçu baxışa gəlib. Bu, Türkiyə Superliqasından keçən il Bank Asiya 1-ci liqasına yuvarlanan “Konyaspor”un hücumçusu Ibrahim Banquradı. Afrikalı futbolçu artıq komandanın məşqlərinə qoşulub.
Son onu da qeyd edək ki, “Xəzər Lənkəran” sabah daha bir yoxlama oyunu keçirməyi planlaşdırır.
